Azərbaycanın qonşuluğunda koronavirusun yeni ştammı tapıldı

Hazırda oxunan: Azərbaycanın qonşuluğunda koronavirusun yeni ştammı tapıldı

7452

İranda koronavirusun mutasiya etmiş və daha sürətli yayılan yeni növü tapılıb.

Bizim.Media “Anadolu” Agentlyinə istinadla xəbər verir ki, bunu İran Səhiyyə naziri Səid Nemeki deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusun “Britaniya ştammı” yeni ölkələrdə yayılır



O virusun yeni növünün Britaniyadan qayıdan İran vətəndaşında aşkarlandığını söyləyib.

Nemeki xəstəxanada karantinə alınan xəstənin səhhətinin yaxşı olduğunu və yaxınlarından heç birinin yoluxmadığını vurğulayıb.

Qeyd edək ki, Britaniyada koronavirusun mutasiyaya uğramış variantının yayılması ilə əlaqədar İran dekabrın 21-dən bu ölkəyə uçuşları iki həftə müddətinə dayandırmışdı.

Bazar günü bu qadağa yanvarın 19-na qədər uzadılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO