Sergey Markovdan Qarabağda mümkün iğtişaşlarla bağlı ANONS – “İndidən hazır olmaq lazımdır” 

Hazırda oxunan: Sergey Markovdan Qarabağda mümkün iğtişaşlarla bağlı ANONS – “İndidən hazır olmaq lazımdır” 

69947

“Basqı altında olan Paşinyan Azərbaycan ordusunun Ermənistan ordusundan güclü olduğunu başa düşür və Azərbaycanın hər an bütün Qarabağ bölgəsində hərbi əməliyyatlar keçirəcəyini anlayır”.  

Bu fikirləri Bizim.Media-ya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını şərh edən rusiyalı politoloq Sergey Markov bildirib. 

Politoloq qeyd edir ki, Paşinyanın sülh müqaviləsinin bağlanmasına müsbət yanaşması, Azərbaycanın ərazi bütövlüyünü tanıması revanşist qüvvələrin aktivləşməsinə səbəb olacaq. 

“Azərbaycanın güclü ordusu olduğunu anlayan Nikol Paşinyan Qarabağın Azərbaycanın ərazisi olduğunu qəbul etmək məcburiyyətindədir. Paşinyanın Qarabağın Azərbaycana məxsus olmasını qəbul etməsi isə Ermənistandakı revanşist qüvvələrin böyük etirazına səbəb olub. Mən düşünürəm ki, Ermənistandakı revanşist qüvvələr Paşinyana qarşı yaxın zamanlarda mitinqlərə başlayacaqlar və həmçinin bu, Qarabağda bir sıra iğtişaşlara da səbəb ola biləcək. Buna görə də əlaqələrin pozulmasına yönələn bu tip iğtişaşlara qarşı indidən hazır olmaq lazımdır.  

Həmçinin bundan başqa Paşinyan nəinki Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dərk edir, o, həmçinin Türkiyə ilə əlaqələr üzərində də ciddi işləyir.

Buna görə də bu antitürk partiyalarını möhkəm qıcıqlandırmaqdadır. İstər Ermənistanın daxilində, istərsə də diasporada böyük narazılıqlar yaranmaqdadır. Buna görə də diaspor tərəfindən də güclü hücumları gözləmk mümkündür”, - deyə S.Markov əlavə edib. 

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO