İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatdı

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatdı

Hazırda oxunan: İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatdı
631483
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023-cü ilin oktyabrın 7-də başlayan İsrailin Qəzzadakı müharibəsi ölkə tarixinin ən uzun və ən baha başa gələn müharibəsinə çevrilib.

Bizim.Media xəbər verir ki, "Haaretz" qəzetində dərc olunan hesabata əsasən İsrailin müharibə xərcləri təxminən 420 milyard şekelə (142 milyard dollar), dövlət borcu isə təqribən 400 milyard şekelə (135 milyard dollar) çatıb.
 

Hesabatda qeyd olunur ki, sursat ehtiyatlarının daha qısamüdddətli müharibələr üçün hazırlanmasına baxmayaraq 2023-cü ilin oktyabr ayının sonlarında Qəzzada quru əməliyyatına başlayan İsrailin döyüş gözləntisi üç aylıq olub.


İsrailin ehtiyatda olan zabitlərindən biri "Haaretz" qəzetinə bildirib ki, bəzi sursat növlərinin ehtiyatı hətta qısa bir müharibə üçün belə kifayət etmirdi, bəzi kateqoriyalarda isə real istehlak ilkin planlaşdırılan səviyyədən iki dəfə çox olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO