Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Hazırda oxunan: Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq
628309
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün növbəti görüşlər keçiriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan klublarından "Zirə" və "Neftçi" də cavab matçına çıxacaq.

"Zirə" Sumqayıtda Estoniya təmsilçisi "Payde"ni qəbul edəcək. Sumqayıt şəhər stadionunda, saat 20:00-da başlayacaq görüşün baş hakimi xorvatiyalı Patrik Kolariç olacaq.

Tərəflər arasında Estoniyada keçirilən ilk matçda Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 0:1 hesabı ilə məğlub olmuşdu.
 

"Neftçi" isə Bolqarıstanda Belarusun "Dinamo" (Minsk) klubu ilə üz-üzə gələcək. Beroe şəhər stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı şimali irlandiyalı FIFA referisi Tim Marşal idarə edəcək.


Komandalar arasında Bakıda baş tutan ilk matçda Belarus təmsilçisi 4:2 hesabı ilə qələbə qazanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO