Sərnişinlərdən küsüb, siqaret çəkən sürücü ilə bağlı "BakuBus"dan AÇIQLAMA

Sərnişinlərdən küsüb, siqaret çəkən sürücü ilə bağlı "BakuBus"dan AÇIQLAMA

Hazırda oxunan: Sərnişinlərdən küsüb, siqaret çəkən sürücü ilə bağlı "BakuBus"dan AÇIQLAMA
624437
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda sərnişinlərdən küsərək avtobusu saxlayıb siqaret çəkməyə başlayan sürücü ilə bağlı tədbir görülüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Oxu.Az”a "BakuBus" MMC-dən məlumat verilib.
 

Bildirilib ki, şirkətin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusda iyulun 9-da saat 16:30-da Koroğlu Rəhimov küçəsində sürücü ilə sərnişin arasında baş vermiş insident araşdırılıb.


Araşdırma zamanı sürücünün xidməti vəzifələrini yerinə yetirərkən pozuntuya yol verdiyi müəyyən edilib.

"Bununla əlaqədar sürücünün izahatı alınıb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb", - deyə açıqlamada qeyd olunub.

"BakuBus" MMC baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyib.

"Şirkət gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə sürücülərin xidməti fəaliyyətinə nəzarətin və daxili intizam mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirləri davam etdirəcək", - məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO