Rusiya-Ukrayna danışıqları başa çatdı: "Müəyyən qərarlar verilib" - VİDEO/YENİLƏNİB

Hazırda oxunan: Rusiya-Ukrayna danışıqları başa çatdı: "Müəyyən qərarlar verilib" - VİDEO/YENİLƏNİB

62421

Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu Polşa-Belarus sərhədində keçiriləcək.

***

"Rusiya və Ukrayna yaxın vaxtlarda danışıqların ikinci raundunun keçirilməsi imkanını müzakirə ediblər. Həmçinin, nümayəndə heyətləri bu gün bir sıra prioritet mövzuları müəyyənləşdiriblər və onlar üzrə müəyyən qərarlar qəbul ediblər", - Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

***

Rusiya-Ukrayna danışıqları başa çatıb. 5 saata yaxın davam edən görüşün nəticəsi ilə bağlı əlavə məlumat veriləcəyi deyilib.

*** 18.49

Belarusda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar fasilədən sonra davam edir.

*** 18.07

Belarusun Qomel şəhərində Rusiya ilə Ukrayna arasında danışıqlarda fasilə elan edilib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.

Qeyd edək ki, fasilədən sonra danışıqlar davam etdiriləcək.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO