Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

Hazırda oxunan: Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
621518
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Əməkdar artisti, opera müğənnisi və aktyor German Yukavski Moskvada özünü körpüdən çaya atıb.

Bizim.Media xəbər verir ki, hadisə Bolotnaya sahilində baş verib.

İlkin məlumata görə, aktyorun bu hərəkətinə səbəb həyat yoldaşı ilə mübahisə etməsi səbəb olub.

Yıxıldıqdan sonra o, çayı təkbaşına üzməyə çalışıb. Xilasedicilər onu sudan çıxararaq Qorki Parkı körpüsünə aparıblar.

Müğənni çiyin xəsarətləri alıb, qollarında və kürəyində qançırlar olub. Həmçinin iddia edilir ki, xilas edildikdən sonra onun davranışı aqressiv olub. Yukavski qışqırıb və təcili yardım işçilərini itələməyə çalışıb. Onun psixiatrik xəstəxanaya göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, German Yukavski Pokrovski adına Moskva Dövlət Akademik Kamera Musiqili Teatrının solistidir. 2008-ci ildə Rusiyanın Əməkdar artisti adına layiq görülüb. 2010-cu ildə "Qızıl Maska" mükafatına namizəd göstərilib. O, "Sakit Don" və "Cərrah" teleseriallarındakı rolları ilə tanınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO