Türkiyə – Paraqvay oyunu yenidən keçiriləcək? – FİFA-dan cavab

Türkiyə – Paraqvay oyunu yenidən keçiriləcək? – FİFA-dan cavab

Hazırda oxunan: Türkiyə – Paraqvay oyunu yenidən keçiriləcək? – FİFA-dan cavab
621295
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Futbol Federasiyası Paraqvaya qarşı matçın yenidən keçirilməsi ilə bağlı FIFA-ya müraciət edib.

Bizim.Media Offsideplus.az-a istinadən xəbər verir ki, sözügedən oyunda paraqvaylı futbolçunun 45-ci dəqiqədə yerə düşən hakim saatını götürərək öz qoluna taxması diqqət çəkmişdi.

FIFA qaydalarına əsasən, hakimin nüfuzuna xələl gətirən və oyunu sağlam şəkildə idarə etməsinə mane olan davranışlar matçın təkrar keçirilməsi üçün əsas sayıla bilər.

TFF bu məsələ ilə bağlı “Yüzdə bir ehtimal olsa belə, bu işi sakit şəkildə həll etməyə çalışaq. Haqqımızı istəyək” söyləyərək, FIFA-ya müraciət edib.

FIFA-nın TFF-yə göndərdiyi cavabda isə belə qeyd olunub:

“Təlimatlar açıqdır. Fikirlərinizdə və müəyyən etdiyiniz məqamlarda haqlılıq payı var. Lakin bu hadisə hakimin öz vəzifəsini yerinə yetirə bilmədiyini və ya ciddi zəiflik nümayiş etdirdiyini göstərmir. Hakimin ikinci bir saatının olması bu vəziyyətdə hər hansı şübhə ehtimalını aradan qaldırır.”

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda Paraqvaya 0:1, Avstraliyaya 0:2 hesabı ilə uduzaraq qrupda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO