Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

Hazırda oxunan: Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"
620560
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Amerikanın “güc yolu ilə sülh” strategiyası vasitəsilə İranı təslim olmağa məcbur edəcəyi gözlənilirdi. İndi isə uğursuzluğa düçar olduqdan sonra, onlar çarəsizlikdən danışıqların aparılmasında israr edirlər".

Bizim.Media xəbər verir ki, bu fikri İranın Ali liderinin müşaviri Möhsün Rezayi regional müstəvidə gedən prosesləri şərh edərkən səsləndirib.

"Lakin düşmən vədinə əməl etmədiyini nümayiş etdirdi. Biz ehtiyatlı olmalıyıq; hər hansı bədbinlik və ya əsassız nikbinlik düşmən tərəfindən sui-istifadə ediləcək", - deyə Rezayi "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd edək ki, hazırda İran, ABŞ, Pakistan və Qətər nümayəndə heyətləri sülh sazişi üzrə danışıqlar aparmaq üçün İsveçrənin Bürgenştok kurortunda bir araya gəliblər.

Bununla belə, İsrail regional gərginliyi azaltmaq cəhdlərinə, həmçinin Vaşinqton və Tehran arasındakı mövcud razılaşmalara məhəl qoymayaraq Livanın cənubuna zərbələr endirməkdə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO