ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

Hazırda oxunan: ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı
618549
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ hərbçiləri İranın Sirik bölgəsindəki mülki su infrastrukturuna zərbə endirib və ümumi tutumu 2500 kubmetr olan iki anbarı məhv ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.

"Bu qurğular on kəndin 20 mindən çox sakinini içməli su ilə təmin edirdi", - o qeyd edib.

XİN rəsmisinin sözlərinə görə, bu, qəsdən törədilmiş hərbi cinayət və insan hüquqlarının, eləcə də beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır:
 

"ABŞ həyatı təmin edən mülki infrastruktura qarşı bu cür sistematik hücumların törədilməsinə görə məsuliyyət daşımalıdır".


Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "Apache" helikopterinin vurulmasına cavab olaraq İrana zərbələr endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO