Cey Qorter “Qarabağ”ın transfer HƏDƏFİNDƏ

Cey Qorter “Qarabağ”ın transfer HƏDƏFİNDƏ

Hazırda oxunan: Cey Qorter “Qarabağ”ın transfer HƏDƏFİNDƏ
611248
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kiprin “Pafos” klubunun qapıçısı Cey Qorter karyerasını Azərbaycanda davam etdirə bilər.

Bizim.Media Niderland mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper “Qarabağ”ın maraq dairəsindədir.
 

Bildirilir ki, Qorterin mövsümün sonunda “Pafos”dan ayrılmaq ehtimalı yüksəkdir. Həm Kipr klubu, həm də niderlandlı futbolçu bu ayrılığa müsbət yanaşır. Lakin “Qarabağ”la yanaşı, Niderland klubu “Qo Ehed İqlz” da Qorteri heyətinə qatmaq niyyətindədir.


Ölkəsinin U-21 millisinin sabiq üzvü daha çox öz ölkəsinin komandasına üstünlük verir. Çünki Qorter ilk klubu olan “Qo Ehed İqlz”də uğurlu çıxışla yadda qalıb.

Erediviziya komandası əsas qapıçısı ilə vidalaşmağa hazırlaşır. “Pafos”un maliyyə tələbləri də yüksək olmadığından, bu transferin baş tutmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Cey Qorter “Pafos”a ötən ilin yayında “Ayaks”dan keçib. Onun Kipr klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO