Prezident İtaliyanın Qarabağ və Şərqi Zəngəzurdakı layihələrindən DANIŞDI

Prezident İtaliyanın Qarabağ və Şərqi Zəngəzurdakı layihələrindən DANIŞDI

Hazırda oxunan: Prezident İtaliyanın Qarabağ və Şərqi Zəngəzurdakı layihələrindən DANIŞDI

611148

Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatlar zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI: 

İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla ÇIXIŞ EDİBLƏR


"Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir", - Prezident bildirib və bu şirkətlərin sayının çox olmasını istədiyini ifadə edib:

"O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
 

Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq.


Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO