İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

Hazırda oxunan: İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
610006
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ ilə davam edən münaqişə və ali lider Əli Xameneinin ölümü fonunda İranda hakimiyyət getdikcə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinin əlində cəmləşir.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" adı açıqlanmayan iranlı rəsmilərə istinadən məlumat yayıb.
 

Agentliyin məlumatına görə, hərbi və siyasi qərarların qəbul mərkəzi Ali Milli Təhlükəsizlik Şurası, Ali rəhbərin dəftərxanası və SEPAH rəhbərliyindən ibarət məhdud çevrənin əlindədir.


Mənbələrin sözlərinə görə, ölkənin siyasi və dini elitası SEPAH-ın qərarlarına qarşı çıxmaq üçün kifayət qədər təsirə malik deyil.

Pakistanlı və iki iranlı rəsmi SEPAH komandanı Əhməd Vahidini əsas fiqur kimi göstəriblər.

Onların fikrincə, formal olaraq hakimiyyət sisteminin zirvəsində duran Müctəba Xameneinin rolu faktiki olaraq generalların qəbul etdiyi qərarların legitimləşdirilməsi ilə məhdudlaşır. Təhlükəsizlik riskləri və aldığı xəsarətlər səbəbindən o, ictimaiyyət qarşısına çıxmır və SEPAH nümayəndələri vasitəsilə əlaqə saxlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO