Aleksey Overçuk: "Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var"

Aleksey Overçuk: "Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var"

Hazırda oxunan: Aleksey Overçuk: "Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var"
607662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var".

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.

"Biz bilirik ki, Azərbaycanda rus dilinə nə qədər qayğı ilə yanaşılır - o, məktəblərdə tədris olunur. Həmçinin universitetlərimiz arasında əlaqələrin gücləndirilməsinə marağı da görürük. Dünən Sankt-Peterburq Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində yeni Rusiya-Azərbaycan universitetinin yaradılması məsələsi müzakirə olunub", - A.Overçuk qeyd edib.

Onun sözlərinə görə, rus dilinin yayılması sahəsində qarşılıqlı fəaliyyət mövzuları da müzakirə edilib.

"Lakin öz tərəfimizdən başa düşürük ki, Rusiyada da Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var və biz buna kömək edəcəyik", - deyə baş nazirin müavini vurğulayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO