Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Hazırda oxunan: Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası
604991
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Həftədə ən azı bir dəfə şokolad yemək ürəyin işemik xəstəliyinə tutulma riskini azalda bilər.

Bizim.Media-nın xarici mediaya istinadən xəbərinə görə, 336 mindən çox insan üzərində aparılan araşdırma göstərib ki, şokolad ürək damarlarını qorumağa və onların tutulmasının qarşısını almağa kömək edir.

Şokoladın faydası

Alimlər son 50 ildə aparılmış çoxsaylı tədqiqatları birləşdirərək şokolad istehlakı ilə ürək xəstəlikləri arasındakı əlaqəni araşdırıblar. Təxminən 9 il davam edən müşahidələr göstərib ki, həftədə bir dəfədən çox şokolad yeyən insanlarda ürək damarlarının tutulma riski digərləri ilə müqayisədə 8 faiz daha azdır.

Tədqiqatın müəllifi doktor Çayakrit Krittanavonq bildirib ki, şokoladın tərkibində ürək üçün faydalı maddələr var. Bunlara flavonoidlər, polifenollar və digər faydalı birləşmələr daxildir.

“Araşdırmamız göstərir ki, şokolad ürək damarlarının sağlam qalmasına kömək edir. Bu maddələr iltihabı azalda və ‘yaxşı’ xolesterinin səviyyəsini artıra bilər”, - alim qeyd edib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO