"Xoşbəxt olacağıma vəd verdi, bunları ört-basdır etdi"

"Xoşbəxt olacağıma vəd verdi, bunları ört-basdır etdi"

Hazırda oxunan: "Xoşbəxt olacağıma vəd verdi, bunları ört-basdır etdi"
604411
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"İllər öncə iqbalım məni İstanbula gətirdi. Cəhdim, səbrim, sevgim isə bu şəhərdə kök salmağıma kömək oldu.Tanımadığım bir şəhər, yeni bir başlanğıc… Hər yeni başlanğıclar kimi öyrəşmək, yerini tapmaq vaxt aldı. İstanbul özünü mənə mənzərəsi, bənzərsiz ritmi, izdihamı, gözəlliyi, insanı içinə çəkən cazibəsi, çətin anlarımda məni təsəlli etməsi, daha çox xoşbəxt olacağıma vəd verməsi, bəzən təkliyimi ört-bastır etməsi ilə də çox sevdirdi".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədəki paylaşımında yazıb.

Sənətçi İstanbulda çəkdirdiyi klipindən bir hissəni paylaşaraq oraya köçdüyü ilk vaxtları xatırlayıb:

"Mənə özümün ən yaxşı, gözəl tərəflərimi tapmaqda, özümü yenidən inşa etməkdə kömək oldu. Bu səbəblə də aramızda dərin bir yaxınlıq yarandı. Bəlkə də elə buna görə insan yalnız bir yere aid olmur.
 

Ürəyinin bir hissəsi gəldiyi yerdə, bir hissəsi isə beləcə, dəyişdiyi, təhəvvül etdiyi yerdə yer tapır. Adətən mahnılar sevgiyə, sevgiliyə oxunur. Mən isə bu mahnını mənə bu duyğuları yaşadan bu şəhərə ithaf etmək istəyirəm.


Elə bu səbəblə bu klipi o zamankı İradəni qucaqlayan və indiki halına çervrilməyinə şahidlik edən bu şəhərdə çəkmək istədik. Mahnını ən doğru burada ifadə edəcəyimi düşündüm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO