“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

Hazırda oxunan: “Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır
603197
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İmişli”nin qapıçısı Andrey Sinenko "Qarabağ"a keçə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Sinenkonun agenti Dmitri Xlebosolov "bel.football"ın müxbirinə verdiyi açıqlamada Ağdam təmsilçisinin 28 yaşlı qolkiperə maraq göstərdiyini təsdiqləyib:
 

"Statistikaya nəzər salsaq, Andrey hazırda Azərbaycanda ən yaxşı qapıçılardan biridir. Mən “Qarabağ”ın heyətinin formalaşdırılmasında kömək edən tanınmış agentə Sinenko ilə danışıqlar aparmaq üçün icazə vermişəm. Mövsüm başa çatdıqdan sonra Andreyin daha yüksək səviyyəyə keçməsi üçün bütün variantları nəzərdən keçirəcəyik".


Qeyd edək ki, Andrey Sinenko 2024-cü ilin yayından "İmişli"də çıxış edir. Belaruslu "əlcək sahibi" cari mövsümdə Premyer Liqada meydana çıxdığı 25 oyunda 35 qol buraxıb. Təcrübəli qolkiper 10 oyunda qapını toxunulmaz saxlamağı bacarıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO