Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Hazırda oxunan: Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO
602931
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşanın Qdansk şəhərində Avropa Tennis Assosiasiyasının Ümumi İllik İclası keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan Tennis Federasiyasının icraçı direktoru Səbirə Abdullayeva da iştirak edib.

Beynəlxalq Tennis Federasiyası tərəfindən üzv ölkələr tennis sahəsində gördükləri işlərə görə mükafatlandırılıb.

Bu il Azərbaycan, Türkiyə və Malta da tennisin inkişafında göstərdiyi irəliləyişlərə görə mükafata layiq görülüblər.
 

Səbirə Abdullayeva bildirib ki, qazanılan nailiyyətlər yalnız fərdi deyil, bu sahədə çalışan və əlindən gələni edən hər kəsin zəhmətinin nəticəsidir. Onun sözlərinə görə, Azərbaycanda tennis sahəsində görülən işlər Beynəlxalq Tennis Federasiyasının diqqətindən kənarda qalmayıb və qurum ölkəmizin göstərdiyi səyləri yüksək qiymətləndirib.


Səbirə Abdullayeva xatırladıb ki, ötən il Avropa Tennis Assosiasiyasının Ümumi İllik İclasına keçirilən tədbirdə uzunmüddətli xidmətlərinə görə mükafatla təltif olunub. Lakin o vurğulayıb ki, bu dəfə Azərbaycanın adına təqdim edilən mükafatı qəbul edərkən hiss etdiyi qürur, sevinc və məsuliyyət hissi sözlə ifadə olunacaq qədər deyil.

Qurum rəsmisi qeyd edib ki, bu mükafat yalnız idman nailiyyəti deyil, həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisidir.

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO