Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi

Hazırda oxunan: Britaniyanın atom sualtı qayığı Ərəb dənizinə gəldi
602835
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Britaniyanın HMS Anson atom sualtı qayığı Ərəb dənizinə daxil olub və İran ətrafında mümkün eskalasiya fonunda bölgədə mövqe tutur. 

Bizim.Media xəbər verir ki, bu iddia Daily Mail nəşrində yer alıb.

Məlumata əsasən, sualtı qayıq Tomahawk raketləri və Spearfish torpedaları ilə təchiz olunub. 
 

Reuters-in məlumatına görə, Baş nazir Kir Starmer daha geniş müharibəyə qoşulmaq istəmədiyini bildirib, lakin müttəfiqlərlə birlikdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi üçün kollektiv plan hazırlanmasına açıq olduğunu deyib.

 
ABŞ prezidenti Donald Tramp isə daha əvvəl Starmeri İran məsələsində sərt tənqid edib və onu “Çörçill olmadığını” deyərək hədəfə alıb. Reuters yazır ki, London əvvəlcə ABŞ-ın Britaniya bazalarından İrana qarşı hücumlar üçün istifadəsinə qarşı çıxmış, daha sonra yalnız məhdud “müdafiə xarakterli” istifadəyə razılaşmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO