Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ

Hazırda oxunan: Azərbaycanda ÜDM artımı ilə bağlı YENİ PROQNOZ
602391
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Niderlandın "ING” bank qrupu Azərbaycan üzrə 2028-ci ilə qədər ÜDM artımı ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, "ING"nin analitiklərinin qiymətləndirməsinə görə, 2026-cı ildə illik ÜDM artımı 2,5% təşkil edəcək, 2027-ci ildə isə bu göstəricinin 3%-ə qədər sürətlənəcəyi gözlənilir.
 

Rüblük bölgü üzrə 2026-cı il üçün aşağıdakı göstəricilər proqnozlaşdırılır: birinci rübdə ÜDM artımı 3%, ikinci rübdə 2%, üçüncü rübdə 4%, dördüncü rübdə isə 1% olacaq. 2027-ci ildə dinamika belə olacaq: birinci rübdə artımın 3%, ikinci rübdə 3,5%, üçüncü rübdə 2%, dördüncü rübdə isə 3,5% səviyyəsində olacağı gözlənilir.


Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ildə Azərbaycanda 129,1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artıb.

ÜDM istehsalının 33,0 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 12602,2 manata bərabər olub. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO