Mbappe sıraya dönür, Bellinqem hələ də ZƏDƏLİDİR

Mbappe sıraya dönür, Bellinqem hələ də ZƏDƏLİDİR

Hazırda oxunan: Mbappe sıraya dönür, Bellinqem hələ də ZƏDƏLİDİR
601237
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Real" Çempionlar Liqasının 1/4 finalına doğru "Mançester Siti" üzərində inamlı qələbə qazanıb.

Bizim.Media xəbər verir ki, "The Athletic" nəşrinin yaydığı məlumata görə, ciddi itkilərlə mübarizə aparan Madrid təmsilçisi ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Zədə səbəbindən son matçları buraxan Kilian Mbappenin İngiltərədə keçiriləcək cavab qarşılaşmasında iştirak etmək şansının olduğu bildirilir.
 

Fransalı hücumçu ilə yanaşı, müdafiəçilər Alvaro Karreras və David Alabanın da həlledici oyuna qədər yaşıl meydanlara qayıtması gözlənilir. Lakin yarımmüdafiəçi Cud Bellinqemin gələn həftə "şəhərlilər"ə qarşı oynamayacağı dəqiqləşib. Ferlan Mendinin vəziyyəti isə aparılacaq əlavə müayinələrdən sonra bəlli olacaq.


Qeyd edək ki, "Mançester Siti" və "Real" arasındakı cavab qarşılaşması martın 17-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO