Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO

Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO

Hazırda oxunan: Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO
599723
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib.

Bizim.Media xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva xəstəxanada müxtəlif diaqnozlarla stasionar müalicə alan uşaqların səhhəti ilə maraqlanıb, onların müalicə prosesi və yaradılmış şəraitlə yaxından tanış olub. 

O, həmçinin azyaşlı pasiyentlər və onların valideynləri ilə görüşərək onlara mənəvi dəstək göstərib, uşaqlara hədiyyələr təqdim edib.

Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov Leyla Əliyevaya tibb müəssisəsinin fəaliyyəti, göstərilən ixtisaslaşmış tibbi xidmətlər və mövcud maddi-texniki baza barədə ətraflı məlumat verib.
 

Qeyd olunub ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanası ölkədə uşaqlara endokrinologiya və allerqologiya sahələrində stasionar tibbi xidmət göstərən yeganə ixtisaslaşmış müəssisədir.


Müəssisədə müasir tibbi avadanlıqlardan istifadə olunmaqla diaqnostika və müalicə tədbirləri həyata keçirilir, pasiyentlərin sağlamlığının qorunması və bərpası istiqamətində kompleks yanaşma tətbiq olunur.

Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO - foto 1
Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO - foto 2
Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO - foto 3
Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO - foto 4
Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO - foto 5
Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO - foto 6
Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO - foto 7
Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO - foto 8
Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO - foto 9
Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO - foto 10
Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO - foto 11
Leyla Əliyeva Uşaq Klinik Xəstəxanasını ziyarət etdi - FOTO - foto 12

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO