Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Hazırda oxunan: Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO
599636
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycanda yeni əməkdaşlıq platformasının əsası qoyulub.

Bizim.Media xəbər verir ki, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Skal International Baku Turizm Peşəkarları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Safran Hotel”də dörd nüfuzlu qurum arasında Assosiativ Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.

Tədbirə dövlət qurumlarının nümayəndələri, ictimai təşkilatlar, turizm sektoru təmsilçiləri və media nümayəndələri dəvət edilib.
 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, müxtəlif təşkilatların bir araya gələrək əməkdaşlıq etməsi mühüm addımdır. Millət vəkili turizm, sosial təşəbbüslər və iqtisadi fəaliyyətin vahid platformada birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu, dövlət, həm də cəmiyyət üçün vacib addımdır.


Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO - foto 13

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev təşkilatların birgə fəaliyyətinin gənclər üçün yeni karyera imkanlarının genişləndirilməsi istiqamətində əhəmiyyətindən danışıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov da çıxışında memorandumun əhəmiyyətindən bəhs edib. O, bu əməkdaşlığın sosial və iqtisadi təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcəyini bildirərək platformanın fəaliyyətinə uğurlar arzulayıb.

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev isə qeyd edib ki, Memorandum türk dünyası üçün çoxsaylı əməkdaşlıqların miqyasını genişləndirəcək.

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO - foto 14

Skal İnternational Baku Turizm Peşəkarları Assosiasiyasının sədri Ceyhun Aşurov bildirib ki, ictimai birliklər arasındakı bu əməkdaşlıq sosial və həssas qrupların dəstəklənməsi baxımından da vacib addımdır.

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə Memorandumun qazilərin və şəhid ailələrinin sosial dəstəyi və peşə hazırlığının artırılması baxımından yeni və əhatəli imkanlar yaradacağını vurğulayıb.

Turan Qastroturizm Akademiyasının icraçı direktoru Doğan Tomris akademiyanın fəaliyyəti haqqında təqdimatla çıxış edib. Həmçinin, platforma çərçivəsində əməkdaşlıq imkanlarından danışılıb.

Daha sonra “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Skal International Baku Turizm Peşəkarları Assosiasiyası təşkilatları arasında Memorandum imzalanıb.


Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO - foto 15

Memoranduma əsasən, “Sağlam nəsil, güclü Vətən, davamlı inkişaf naminə Azərbaycan üçün birlik, dünya üçün əməkdaşlıq!” platforması rəsmi elan edilib.

Qeyd edək ki, Yeni yaradılan “Sağlam nəsil, güclü Vətən, davamlı inkişaf naminə Azərbaycan üçün birlik, dünya üçün əməkdaşlıq!” platforması sağlam və dayanıqlı cəmiyyətin formalaşdırılması, şəhid ailələri, qazilər və veteranlara sosial dəstəyin gücləndirilməsi, sağlamlıq və termal turizmin inkişafı, beynəlxalq turizm əməkdaşlığının genişləndirilməsi, sosial məsuliyyətli və davamlı inkişaf təşəbbüslərinin təşviqini əhatə edir.

Memorandum tərəflər arasında strateji tərəfdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və sosial-iqtisadi təşəbbüslərin dəstəklənməsi məqsədi daşıyır.

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO - foto 1
Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO - foto 2
Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO - foto 3
Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO - foto 4
Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO - foto 5
Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO - foto 6
Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO - foto 7
Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO - foto 8
Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO - foto 9
Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO - foto 10
Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO - foto 11
Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI – Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO - foto 12

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO