Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSARLAR

Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSARLAR

Hazırda oxunan: Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSARLAR
599622
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 36 əməkdaşı vəzifəsindən azad edilib.

Dəyişikliklə əlaqədar Quba Rayon İcra Hakimiyyətində 36 vəzifə ləğv edilib və nəticədə həmin şəxslər işini itiriblər. İcra başçısı İlqar Mahmudovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.
 

Məlumata görə, vəzifəsini itirənlərdən 31 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə Quba Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.


Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin isə 38 əməkdaşı vəzifələrindən azad ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO