Bakıda qəribə OĞURLUQ: Rəfiqəsini qarət edib "102"yə yığdı

Bakıda qəribə OĞURLUQ: Rəfiqəsini qarət edib "102"yə yığdı

Hazırda oxunan: Bakıda qəribə OĞURLUQ: Rəfiqəsini qarət edib "102"yə yığdı
597377
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Səbail rayonunda qəribə oğurluq hadisəsi olub. Zərərçəkən polisə müraciət edərək 5000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.

Bizim.Media “Lent.az”a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayəti törətməkdə şübhəli bilinən 47 yaşlı S.Abbasova müəyyən olunaraq saxlanılıb.
 

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs rəfiqəsi ilə birlikdə restoranda nahar edən zaman onun qızıl-zinət əşyalarını çantasına qoyduğunu görüb və diqqətini yayındıraraq oğurluğu törədib.


Hadisə baş verdikdən dərhal sonra zərərçəkən polisə müraciət edib və bunu görən S.Abbasova şübhələri üzərindən atmaq üçün vaxt itirmədən “102” Xidmətinə zəng edərək onun da elə restoranda 300 dollar pulunun oğurlanması barədə bilərəkdən polisə yalan məlumat verib.

Hadisədən sonra S.Abbasova rəfiqəsindən taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO