"Arsenal"ın çempionluq yolunda müdafiəsi ZƏİFLƏDİ

"Arsenal"ın çempionluq yolunda müdafiəsi ZƏİFLƏDİ

Hazırda oxunan: "Arsenal"ın çempionluq yolunda müdafiəsi ZƏİFLƏDİ
594144
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İngiltərə Premyer Liqasının lideri "Arsenal" ciddi itki ilə üzləşib.

Bizim.Media xəbər verir ki, "topçular"ın aparıcı yarımmüdafiəçisi Mikel Merino zədələnib.
 

Baş məşqçi Mikel Arteta bu mövsüm 6 qolla yadda qalan futbolçunun ayağından əməliyyat olunacağını və may ayına qədər yaşıl meydanlardan uzaq qala biləcəyini açıqlayıb.


İspaniyalı mütəxəssis transfer pəncərəsinin bağlanmasına sayılı saatlar qalmış yeni oyunçu axtarışında olduqlarını da gizlətməyib. O, gənc futbolçu Etan Nvanerinin "Marsel"ə icarəyə verilməsindən sonra Merinonun zədələnməsinin planları pozduğunu vurğulayıb.

Məlumata görə, London klubu "Nyukasl"dan Sandro Tonalini hədəfə alsa da, qarşı tərəf italyalı oyunçunu satmaq niyyətində deyil.
 

Xatırladaq ki, 2025/26 mövsümünün əvvəlində heyətini Ebereçi Eze, Noni Madueke, Viktor Dyokeres, Piero İnkapiye və Martin Subimendi kimi ulduzlarla gücləndirən "Arsenal" hazırda Premyer Liqaya başçılıq edir, ÇL-də 1/8 finala və Liqa Kubokunda yarımfinala yüksəlib.


Qeyd edək ki, "Arsenal" sabah Liqa Kubokunun yarımfinal cavab oyununda "Çelsi" ilə qarşılaşacaq. İlk oyunda "topçular" 3:2 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO