Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Hazırda oxunan: Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR
593929
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Melaniya" sənədli filmi ABŞ kassalarında rekord göstəriciyə səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.
 

Film ilk gün 3 milyon dollara yaxın (2 milyon 900 min dollar) gəlir əldə edib və həftəsonunun yekununda bu rəqəmin 8 milyonu keçəcəyi gözlənilir. Bu, son on ildə sənədli film üçün ən yaxşı nəticədir.


Əvvəlcə kassa gözləntiləri 3 milyon ilə 5 milyon dollar arasında idi, lakin premyeradan sonra proqnozlar dəyişdi. Film Ceyson Stethemin rol aldığı yeni döyüş filmindən daha çox satılıb və "CinemaScore"dan ən yüksək A reytinqini alıb.

Bu uğur mühafizəkar auditoriyanın marağı ilə əlaqələndirilir. İlk gün izləyicilərinin 72%-dən çoxu 55 yaşdan yuxarı qadınlar olub.

"Film ABŞ-ın cənubundakı mühafizəkarları səfərbər edir, Donald Trampın yer aldığı reklam kampaniyası isə böyük şəhərlərdə izləyiciləri cəlb edir", - "The Hollywood Reporter" yazır.
 

Tənqidçilərin və ictimaiyyətin rəyləri kəskin şəkildə fərqlənir: "Rotten Tomatoes"da film tənqidçilərdən 11%, sadə izləyicilərdən isə 99% bəyənmə reytinqinə malikdir.


Nəşr qeyd edir ki, ümumi büdcəsi 75 milyon dollar olan filmin marketinqinə rekord həddə vəsait - 35 milyon dollar xərclənib və bu, onu indiyə qədər çəkilmiş ən bahalı sənədli filmə çevirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO