
- A-
- A
- A+
Dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirəcək
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək.
Bizim.Media xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu kollektiv C Divizionunda Mozambik yığması ilə üz-üzə gələcək.
Qarşılaşma bu gün, saat 11:30-da Hövsan Yarış Kompleksində baş tutacaq.
Bu cütün qalibi Kuba – Vyetnam matçında üstün olan tərəflə üz-üzə gələcək. Cütün məğlubu isə eyni komandaların qarşılşamasında uduzan tərəflə oynayacaq. Məğlublar saat 18:15-də, qaliblər 19:30-da münasibətləri aydınlaşdıracaq.
Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb.
Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) Çili yığmasına uduzub (1:3), ardınca Cəbəllütariq seçməsini 5:1 hesabı ilə məğlub edib.
Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































