Ukraynanın Putinin iqamətgahına hücumuna Lukaşenkoda REAKSİYA

Ukraynanın Putinin iqamətgahına hücumuna Lukaşenkoda REAKSİYA

Hazırda oxunan: Ukraynanın Putinin iqamətgahına hücumuna Lukaşenkoda REAKSİYA
588314
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinin iqamətgahına dron hücumunu “ən vəhşi terrorizm” adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Pul Pervoqo” Telegram kanalı məlumat yayıb.

“Əgər hadisə hazırda təqdim edildiyi kimidirsə, bu, ən yüksək - dövlət səviyyəsində vəhşi terrorizmdir”, — deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, o, bu hücumun kimə və nə məqsədlə lazım olduğu barədə düşünür.
 

Xatırladaq ki, dekabrın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov gecə saatlarında Ukrayna hərbçilərinin Novqorod vilayətində Rusiya dövlət başçısının iqamətgahına zərbə endirməyə cəhd göstərdiyini açıqlayıb.


O bildirib ki, Kiyev bu məqsədlə 91 pilotsuz uçuş aparatından istifadə edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bütün dronlar məhv edilib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bu iddiaları təkzib edib.

ABŞ prezidenti Donald Tramp da məsələyə münasibət bildirərək, baş verənlərdən əslində xəbərsiz olduğunu deyib. Bununla belə, onun fikrincə, Putinin iqamətgahına hücum hadisələrin mənfi inkişafına səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO