Qırğızıstanda növbədənkənar parlament seçkiləri başa çatdı

Qırğızıstanda növbədənkənar parlament seçkiləri başa çatdı

Hazırda oxunan: Qırğızıstanda növbədənkənar parlament seçkiləri başa çatdı
583164
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırğızıstanda keçirilən Joqorku Keneş (birpalatalı parlament) deputatlarının növbədənkənar seçkilərində səsvermə başa çatıb.

Bizim.Media “kabar.kg”yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Tınçtıq Şaynazarov bildirib.

Onun sözlərinə görə, avtomatik oxuma cihazları artıq bütün 30 birmandatlı seçki dairəsindən seçici fəallığı barədə məlumatları və ilkin nəticələri Mərkəzi Seçki Komissiyasına ötürməyə başlayıb.

Şaynazarov vurğulayıb ki, məlumatlar operativ rejimdə daxil olur və Mərkəzi Seçki Komissiyası həm ölkə daxilində, həm də xaricdə seçki məntəqələrindən məlumatları emal etməyə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO