Paşinyanın düşməni HƏBSDƏ QALDI

Paşinyanın düşməni HƏBSDƏ QALDI

Hazırda oxunan: Paşinyanın düşməni HƏBSDƏ QALDI
581189
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan məhkəməsi baş nazir Nikol Paşinyanın düşməni, “Tashir Group” şirkətlər qrupunun sahibi, iş adamı Samvel Karapetyanın həbs müddətini daha iki ay uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat yayıb.

Vəkilin sözlərinə görə, məhkəmə ittiham tərəfinin vəsatətini təmin edərək Karapetyanın həbs müddətinin uzadılması barədə qərar verib. Müdafiə tərəfi iş adamına qarşı irəli sürülən bütün ittihamların saxtalaşdırıldığını və qanunsuz olduğunu bildirib.
 

Qeyd edək ki, oktyabrın 16-da İrəvan məhkəməsi hakimiyyətin devrilməsinə çağırışda ittiham olunan Karapetyanın həbsini daha bir ay uzatmışdı. Buna baxmayaraq, məhkəmə iş adamına qarşı irəli sürülən çirkli pulların yuyulması və iqtisadi cinayətlərə dair ittihamları əsasız hesab etmişdi. Həm müdafiə tərəfi, həm də prokurorluq həmin qərarı apellyasiya qaydasında mübahisələndirib.


Samvel Karapetyan iyunun 18-dən etibarən həbsdə saxlanır. Müdafiə tərəfi onun Ermənistan Apostol Kilsəsinə dəstəyinə görə siyasi təqiblərə məruz qaldığını iddia edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO