Hüsam Eldin Reda: “Misir azad edilmiş ərazilərin bərpasında iştirak etməyə tam hazırdır” – VİDEO

Hüsam Eldin Reda: “Misir azad edilmiş ərazilərin bərpasında iştirak etməyə tam hazırdır” – VİDEO

Hazırda oxunan: Hüsam Eldin Reda: “Misir azad edilmiş ərazilərin bərpasında iştirak etməyə tam hazırdır” – VİDEO
577039
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Misir azad edilmiş ərazilərin bərpasında iştirak etməyə tam hazırdır. Belə layihələr təbii ki, qarşılıqlı koordinasiya və maliyyə mexanizmləri tələb edir”.

Bu fikirləri Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Hüsam Eldin Reda Bizim.Media-ya eksklüziv müsahibəsində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Bakının gözəlliyi və insanların qonaqpərvərliyi məni valeh etdi” – Misirin yeni səfiri ilə EKSKLÜZİV MÜSAHİBƏ – VİDEO


Səfir vurğulayıb ki, Misir inşaat və infrastruktur sahəsində zəngin təcrübəyə malikdir və bu potensial Qarabağın yenidən qurulmasında mühüm töhfə verə bilər.

“Piramidaları min illər əvvəl inşa etmiş bir ölkə kimi Misir bu sahədə böyük təcrübəyə sahibdir. Məsələn, Süveyş kanalının genişləndirilməsi layihəsini beynəlxalq mütəxəssislər üç ilə mümkün sayırdılar, lakin biz onu cəmi bir ilə uğurla tamamladıq. Bu, bizim potensialımızın göstəricisidir və Qarabağın bərpasında da faydalı ola bilər.”

Diplomat əlavə edib ki, Misir şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində infrastruktur, turizm və mədəni irs obyektlərinin bərpası layihələrində iştirak etməklə, iki ölkə arasında iqtisadi və texnoloji əməkdaşlığı daha da gücləndirəcək.


“Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də dostluq münasibətlərimizi daha da möhkəmləndirəcək.”


Nəzrin Elxan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO