İnternetdən kompüter sifariş etdi, bir aydır xəbər yoxdur - VİDEO

İnternetdən kompüter sifariş etdi, bir aydır xəbər yoxdur - VİDEO

Hazırda oxunan: İnternetdən kompüter sifariş etdi, bir aydır xəbər yoxdur - VİDEO

56965

Paytaxt sakini Pərvin Əliyev ABŞ-dan kompüter sifariş etdiyini, lakin 1 aydan çoxdur ki, sifarişinin yerinə yetirilmədiyi bildirib.

Bizim.Media xəbər verir ki, daşıyıcı karqo şirkətindən şikayət edən Pərvin Əliyevin sözlərinə görə, ötən ilin dekabr ayının 8-də verdiyi sifarişi sözügedən şirkət hələ də təhvil verməyib.

O bildirib ki, əvvəlcə şirkətin sosial media hesablarına müraciətlər edib. Bu müraciətləri cavabsız qaldığı üçün qeyd olunan nömrə ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, bu dəfə də zəngləri cavablandırılmayıb. Növbəti dəfə şikayətçi şirkətin ofisinə getməli olub. Son olaraq ona bildirilib ki, məhsul şirkətin ABŞ-da olan anbarına təhvil verilməyib.

Şirkətdən vətəndaşın iddiasının doğru olmadığı deyilsə də, məsələyə ətraflı münasibət bildirməkdən imtina ediblər. (Xəzər Xəbər)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO