Türkiyədə 37 avtomobil toqquşdu – 22 nəfər xəstəxanalara yerləşdirildi

Türkiyədə 37 avtomobil toqquşdu – 22 nəfər xəstəxanalara yerləşdirildi

Hazırda oxunan: Türkiyədə 37 avtomobil toqquşdu – 22 nəfər xəstəxanalara yerləşdirildi
56787
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Anadolu magistral yolunun Düzce hissəsində güclü qar səbəbindən 37 avtomobilin toqquşması ilə zəncirvari yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, qəza nəticəsində magistralın İstanbul istiqaməti təxminən iki saat bağlanıb.

Yolun təxminən beş kilometrlik ərazisini əhatə edən qəzada toqquşan avtomobillərdən beşi sərnişin avtobusu, ikisi mikroavtobus, yeddisi isə qoşqulu yük maşınıdır.

Hadisə ilə bağlı açıqlama verən Düzce vilayətinin səhiyyə müdiri Yasin Yılmaz indiyədək müxtəlif bədən xəsarətləri ilə 22 nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.

İstanbul istiqamətində daha bir qəza iki sərnişin avtobusunun baryerlərə çırpılması nəticəsində meydana gəlib. Şəhərin giriş hissəsində yolun böyük bir qismində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Türkiyədə qarlı hava şəraiti davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO