"Böyük Qayıdış çox gözəl, bəs boşalmış rayonlara kiçik qayıdışı necə edək?" – Fazil Mustafadan həll yolu

Hazırda oxunan: "Böyük Qayıdış çox gözəl, bəs boşalmış rayonlara kiçik qayıdışı necə edək?" – Fazil Mustafadan həll yolu
47281
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“230 milli prioritetimiz təqdim olunub. Bunlardan biri Böyük Qayıdışdır. Çox gözəl. Bəs, biz Cəlilabad, Lənkəran, Gədəbəyə və digər boşalmış rayonlara kiçik qayıdışı necə edək? Bu sakinlərin əksəriyyəti ya Rusiyaya işləməyə gedir, ya da “Tolkuçka”da araba sürməklə məşğuldurlar.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirəsi zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin növbəti iclası keçirilir - 24 məsələ müzakirə olunacaq


O bu halları aradan qaldırmaq üçün müəyyən təkliflər də irəli sürüb.

“Bu hallara səbəb həmin ərazilərdə aqrar sektorun payının 50%, sənayeləşmənin isə çox aşağı olmasıdır. Ona görə əhali işləmək üçün başqa yerlərə üz tutur. Mən təklif edirəm ki, rayonları ya quberniya və ya başqa ad altında birləşdirib, idarəetməni sadələşdirməliyik. Bakıda yerləşən bəzi nazirlik və universitetlər Gəncə, Ağdam, Füzuli rayonlarına köçürülsün. Bu həm də Bakının tıxac problemini həll edəcək”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO