“Əl Cəzirə” telekanalı işğaldan azad olunmuş ərazilərdən reportaj hazırladı - FOTO

“Əl Cəzirə” telekanalı işğaldan azad olunmuş ərazilərdən reportaj hazırladı - FOTO

Hazırda oxunan: “Əl Cəzirə” telekanalı işğaldan azad olunmuş ərazilərdən reportaj hazırladı - FOTO
47022
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nüfuzlu “Əl Cəzirə” telekanalında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri və Füzuli Beynəlxalq Hava Limanı haqqında reportaj yayımlanıb.

Bizim.Media xəbər verir ki, telekanalın müxbiri Sinem Koseoğlunun reportajında Füzuli sakini, müəllim Zamin Həziyev işğaldan azad edilmiş bu rayonda məktəblərin fəaliyyətindən bəhs edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Əl-Cəzirə” Kəlbəcərdəki erməni terrorundan yazdı


Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev və Füzuli Beynəlxalq Aeroportunun meneceri Zaur Qasımov telekanala müsahibələrində Qarabağda aparılan rekonstruksiya və tikinti işləri, o cümlədən avtomobil yolları və aeroportun inşası haqqında məlumat veriblər.

Reportajda, həmçinin işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri də əks olunub.

Vurğulanıb ki, Azərbaycan hökuməti qısa müddətdə ermənilərin minaladığı torpaqları təmizləməyi və məcburi köçkünləri öz yurdlarına qaytarmağı planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO