Gəlinini öldürən qayınatadan DƏHŞƏTLİ ETİRAF: “Burnunu kəsib, gözlərini çıxartdım...” 

Gəlinini öldürən qayınatadan DƏHŞƏTLİ ETİRAF: “Burnunu kəsib, gözlərini çıxartdım...” 

Hazırda oxunan: Gəlinini öldürən qayınatadan DƏHŞƏTLİ ETİRAF: “Burnunu kəsib, gözlərini çıxartdım...” 

43183

Azərbaycanda baş verən dəhşətli cinayətin – 75 yaşlı qayınatanın gəlinini öldürməsinin təfərrüatı məlum olub. 

Bizim.Media xəbər verir ki, Banı Məhərrəmova 2015-ci ildə Fariz Məhərrəmovla ailə həyatı qurub, onların bu nikahdan oğlan övladı dünyaya gəlib. 
 

Onlar arasında tez-tez ailə-məişət zəminində mübahisələr baş verib. Bir müddət ayrı yaşayıblar. Daha sonra Banı yenidən əri ilə yaşamağa başlayır, lakin onların münasibətləri normallaşmır. 


Cinayəti həyata keçirən şəxs, qayınata İdris Məhərrəmov qeyd edib ki, Banı gəldikdən təxminən beş ay sonra yenidən əri ilə mübahisələrə yol verib. Farizlə Banının ikinci övladları dünyaya gəldikdən sonra isə Banı daha da aqressivləşib və digər ailə üzvlərini təhqir etməyə başlayıb. 

Banının anası bildirib ki, Fariz təxminən bir il öncə Kanadaya köçdükdən sonra onun ailəsi qızını incidib.

Farizin xaricdə olduğu müddətdə ailədaxili münaqişələr dözülməz həddə çatıb, hətta Banı baldızından polisə şikayət edib. Bundan sonra baldızı da evi tərk edir. Banı qayınatası, qayınanası və iki azyaşlı övladı birgə qalır, günü yenə də dava-dalaşla keçir. Az keçdikdən sonra isə Banı qayınanasını da evdən qovur... 

Oxu.az-ın əldə etdiyi məlumata görə, İdris Məhərrəmovla gəlini arasında dərinləşən mübahisəyə səbəb qayınatanın gəlininin oğluna xəyanətindən şübhələnməsi olub. 
İdris Məhərrəmov ifadəsində buna görə gəlininə evdən çölə çıxmaması üçün qadağa qoyduğunu bildirib. 

Banı övladlarının ona verilməyəcəyindən qorxduğu üçün qayınatasının qadağasını icra etmək məcburiyyətində qalsa da sonradan öz həyatının olduğunu və buna heç kimin qarışmamasını tələb edib. 
 

Bu zaman qayınata oğlunu göz önünə gətirərək onun adına ləkə gəldiyini düşünüb. O, bütün söz-söhbətlərə son qoymaq üçün Banını öldürmək qərarına gəlib. 


2021-ci ilin yanvarın 26-da qayınata gəlinini öldürmək fikrini qətiləşdirir. İdris Məhərrəmov nəvələrinin öz otaqlarında telefonla oynamasından istifadə edərək əlində çəkiclə Banının otağına girir. 

Gəlininə “Banı nə edirsən?” deyir, Banı ona tərəf dönmədən “paltarları yığışdırıram” cavabını verir. Qayınata heç bir söz demədən əlində tutduğu çəkiclə Banıya arxadan yaxınlaşıb başının arxa hissəsindən çəkiclə iki dəfə möhkəm zərbə vurur. 

İdris Məhərrəmov çəkici yerə atıb Banının qollarından yapışaraq onu sürüyür və qapıdan kənara çıxarır. Sonra mətbəxə keçərək bıçaq götürür və halsız şəkildə yerdə uzanan gəlininin qarnına dayanmadan bir neçə bıçaq zərbəsi vurur. 

Uşaqların qorxacağını düşündükdən sonra o, arvadına və qızına zəng edərək nəvələrini gəlib aparmaq tapşırığını verir, ancaq hadisə barədə onlara heç nə demir. 

Evə qayıdıb gəlininin öldüyünə əmin olduqdan sonra onun meyitini bıçaq və balta ilə hissələrə ayırıb torbalara yığır. 

İstintaq materiallarında meyitin necə doğranması detallı şəkildə qeyd olunub. İdris Məhərrəmov meyitin baş hissəsinə baxıb əsəbiləşdiyi üçün hər iki qulaqlarını, burnunu kəsib üzünün dərisini soyub, sonra hər iki gözlərini bıçaqla çıxarıb:

“Meyitin sifətinə baxıb əsəbiləşdim, buna görə qulaqlarını, burnunu kəsib, gözlərini çıxartdım...” 

Başını ayrıca sellofana qoyub, qulaqlarını, burnunu, gözlərini və üzünün dərisini başının yanına qoyub. Bundan sonra su ilə yerin qanını yuyub. 

O, torbaları özünə məxsus avtomobilin yük yerinə qoyduqdan sonra meyitin parçalanmış hissələrini yol kənarında quraşdırılmış məişət tullantıları konteynerlərinə atır. 

İdris Məhərrəmov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (Meyit üzərində təhqiredici hərəkət) maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO