Qurban Məmmədov

Qurban Məmmədov "blok" əməliyyatına başlayıb – Bu şəxsə cinayət işi niyə qaldırılmır? 

Hazırda oxunan: Qurban Məmmədov "blok" əməliyyatına başlayıb – Bu şəxsə cinayət işi niyə qaldırılmır? 

43172

“Tərtər işi” adıyla aylarla davam edən müzakirələr uzandıqca Qurban Məmmədovun istəkləri və xisləti üzə çıxır. İnsanların dərdləri üzərindən getməyən “mal kimi” özünü bazarlayan bu adamın şəxsi ambisiyaları bu insanları bir-bir xərcləyəcəyini qeyd etmişdik.

İnsanların təbii hislərini manipulyasiya edərək, öz şəxsi ambisiyalarına fon verici səhnələr əldə edib.

Aldığı qrantlar, əldə etdiyi gəlirlərə yol açmaq üçün bu qalmaqallı məsələnin, nəinki aylarla, hətta illərlə uzanması onun maraqlarına uyğundur. 
 

MÖVZU İLƏ BAĞLI:

“Tərtər işi”nin “Qurban”ından ərizə DAVASI – Sensasion SƏSYAZI - ÖZƏL


Əks mövqelərə qarşı quduz münasibət sərgiləməklə prosesin doğru məcraya yönəlməsinin qarşısını almağa çalışır və özünün qaragüruhçu mövqeyi yetmədikdə bu insanlardan qalxan kimi istifadə edir.

Əslində kimsə bu işdə günahsızların və zərərçəkmişlərin olmasını danmır.

Hər kəs zərərçəkmiş şəxslərlə bağlı Dövlətin tədbir görməsini istəyir və öz səngər, kazarma yoldaşına qarşı iyrənc işgəncə üsullarına yol verənlərin və sifarişçilərin layiqincə cəzalandırılmasını istəyir və edir. Məsələn, 11 nəfəri, məhz Hərbi Prokurorluq bu cür əməllərə görə həbs edib və mövcud qanunlara görə azadlıqdan mərhum edilməsinə nail olub. Yüzlərlə müraciətə cavab verib və onlara aidiyyatı üzrə məhkəmələrə yönləndirib. Bu o deməkdir ki, sübuta yetirilmiş faktlar cavabsız qalmayıb.

Özünü blogger-jurnalist elan edən Q. Məmmədov alternativ fikirlərə quduz münasibət bildirməklə peşə etikasını ayaqlar altına sərir.

Nəinki bir bloqer kimi, hətta ittihamçı kimi istədiyi adam haqqında "qəti qərarlar" verir. Rəsmi tribunadan ölkənin təhlükəsizliyinə məsul olan Namiq Abbasov Qurban Məmmədovun kimliyini, bağlı olduğu qurumları elan etdiyini çoxlarınız unutmamısınız.

Amma bu adam özünü "süddə qaşıq" olduğunu elan edir.
 

Hər kəs agent, xaindir, təkcə bu adam tərtəmiz qalıbmış.


İş o yerə çatıb ki, Allahın yerinə (əstəğfürüllah) kimin şəhid, kimin günahkar, kiminin cənnətə, kiminin cəhənnəmə getməsini "bəyan edir". Bu özündən müştəbeh "din xadimi" olan müsəlman ölülərin də dalınca danışır. Şəhidlərin də arxasınca əxlaqsızcasına hökmlər verir. Dinimiz şəhidləri üç qrupa ayrır: 1. Həqiqi şəhid, 2. Dünya şəhidi, 3. Axirət şəhidi. 

Amma bu "dini xadim" bunları öyrənmədən fətva verir və kimin cənnətə və cəhənnəmə gedəcəyi qeybi "müəyyən edə bilir".

Belə axmaq birinin sözüylə oturub duranlara bir daha adamın yazığı gəlir. Xüsusən şəhid Vasif Quliyev haqqında, Babək Səmidli haqqında bu adamın işlətdiyi ifadələrə diqqət edin. Bir millət üçün, hətta bir toplum üçün böyük bir ayıbdır.
 


Bu gün hər kəsi onun kimi düşünməyə məcbur etmək üçün təmizləmə işlərinə başlayıb. Zərərçəkmişlərdən Ruslan Məmmədovu bloklayıb. Çünki Ruslan Məmmədov ilkin olaraq reallığı düzgün qiymətləndirərək öz etirazını bildirib.
 

Deyib ki, bizim şikayətimiz ölkənin Prezidentinədir. Siz isə ölkənin prezidentini təhqir edib, öz şəxsi ambisiyalarınızı yürüdürsünüz.


Ruslan Məmmədov bir daha öz tələblərini açıq şəkildə ifadə edərək deyib:

"Bizim şikayətimiz ölkə prezidentinədir... Kimlərə şəhid statusu, zərər çəkmişlərə kompensasiyaların verilməsi bizim tələbimizdir".

Bizə təqdim edilən R.Məmmədova məxsus digər bir səs yazısında da Qurban Məmmədovun "ağzını boş qoyub, prezidenti, prokroru və digər şəxsləri təhqiramiz ifadələrlə təhqir etməsinə" öz qəti etirazını bildirib.

Beləcə "xoruzun quyruğunu" gizləmək üçün Qurban Məmmədov təcili zərərçəkmiş Ruslan Məmmədovu bloklayır.

Bu etik davranış qaydalarını bilməyən bloqqer aidiyyatlı qurumları bu məsələyə münasibət bildirməməklə suçlayır. Münasibət bildirənləri isə yenə eyni qaydada suçlayır. Bu adamın istəyi ədalətdirmi?..
 


Əlbəttə ki, mahiyyətcə əks olan Qurbanla Ərəstunun bu "ordu təəssübkeşliyinin" arxasında nə dayanır?

Siam əkizinə çevrilən bu "mehriban düşmənlər" bildirilən bütün münasibətləri hədəfə alırlar. Əxlaqa zidd bir şəkildə hər kəs haqqında təhqiramiz ifadələr işlədirlər. Bu cütlüyün işlətdiyi istənilən təhqiramiz ifadələrə görə cəzalandırılması bu gün vacibdir. Ən azı yağdırdıqları böhtan və təhqirlərə görə bu cütlüyə cinayət işi qaldırılmalıdır. Bu cür ağızlarını el yoluna qoyanların cəzalandırılması vacibdir.
 

Ölkənin, ordumuzun, ədliyyə orqanlarının və Azərbaycan insanın şərəf və ləyaqətini təhqir və böhtanlara məruz qoyan bu adam layiqli cəzasını almalıdır.


Düşmən əlində maşaya çevrilən bu adamlardan imdad gözləməyin. Şeyx Nəsrulahın üslubuyla bu gün Ruslan Məmmədovu, sabah da digərlərinizi blok edəcək…

Döyüşçü-jurnalistlər Xaqani Rzaquliyev, Elnur Səlim xüsusi olaraq Bizim.Media üçün
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO