Yeni texnologiyalarla yeni dünya müharibəsi olacaq – PROQNOZ

Hazırda oxunan: Yeni texnologiyalarla yeni dünya müharibəsi olacaq – PROQNOZ

43064

Önümüzdəki onilliklərdə dünya planetdəki iqlim dəyişikliyi səbəbindən qlobal bir hərbi münaqişə ilə üzləşəcək.

Bizim.Media xəbər verir ki, bu iddia ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məruzəsində yer alıb.
 

Müəlliflərin fikrincə, 2040-cı ildən gec olmayaraq dünyada “iqlim toqquşmaları” başlayacaq. Bu zaman tərəflər quraqlıq və daşqın kimi təbii fəlakətləri gücləndirən texnologiyalardan bir-birinə qarşı istifadə edəcəklər.


Bu, ilk növbədə geomühəndislik texnologiyalarına aiddir.

"Əksər ölkələr çətin iqtisadi seçimlərlə üzləşəcək və yəqin ki, daha sonra emissiyalarını tez bir zamanda azaltmaq üçün texnoloji nailiyyətlərə güvənəcəklər. Çin və Hindistan temperaturun yüksəlməsi trayektoriyasının müəyyən edilməsində həlledici rol oynayacaq”, - sənəddə deyilir.

Bundan əlavə, hesabat müəllifləri inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinin təsirləri ilə əlaqədar daxili münaqişələrin riskini bəyan ediblər, çünki bu dövlətlər yeni şəraitə daha az uyğunlaşa bilirlər.
 

İqlim müharibəsində gələcək potensial qaynar nöqtələrə Konqo, Hind, Mekonq və Nil çayı hövzələri kimi bölgələr daxildir. Orada münaqişələr çay kanallarının dəyişməsi və su axınının istiqamətinin dəyişdirilməsi səbəbindən yarana bilər.


Hesabatda qlobal iqlim dəyişikliyinin mənfi təsirlərindən ən çox təsirlənən 11 ölkənin siyahısı verilib.

Analitiklərin fikrincə, bu dövlətlər sağ qalmaq naminə ifrat tədbirlərə gedə bilər. Söhbət xüsusən də nüvə silahına malik olan Çin, Hindistan və Pakistandan, eləcə də Əfqanıstan, Şimali Koreya, Myanma və Mərkəzi və Cənubi Amerikanın bir sıra ölkələrindən gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO