Rövşən Əkbərovun məhkəməsində tələb -

Rövşən Əkbərovun məhkəməsində tələb - "Nazim İbrahimova cinayət işi açılsın"

Hazırda oxunan: Rövşən Əkbərovun məhkəməsində tələb - "Nazim İbrahimova cinayət işi açılsın"

42746

Həbs edilən general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. 

Bizim.Media xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutur. 
 

MÖVZU İLƏ BAĞLI:

Elçin Əliyevin anası Rövşən Əkbərova ÖMÜRLÜK HƏBS istədi - ÖZƏL


Məhkəmədə general Rövşən Əkbərovun vəkili Taleh İbrahimov müdafiə çıxışı edib. 

Vəkil deyib ki, Rövşən Əkbərovun bu cinayətə aidiyyatı yoxdur və törətmədiyi cinayət əməlinə görə mühakimə olunur. 

Vəkil dindirilən 10 şahiddən heç birinin hadisəni görmədiyini bildirərək, yalan ifadə verdikləri üçün onlara cinayət işi açılmalı olduğunu deyib. 

"Nazim İbrahimov 5 dəfə ifadə verib. Onun 4-də Rövşən Əkbərovun adını çəkməyib. Amma 2021-ci ildə verdiyi ifadəsində qeyd edib ki, Rövşən Əkbərov Elçin Əliyevi öldürdüyünü şəxsən ona deyib. Deyibsə, indiyə qədər bu adam cinayəti hüquq-mühafizə orqanlarından gizlədib. Digər şahid Orucəli Hacıyev 4 dəfə istintaqda ifadə verib. Lakin o da ifadlərinin heç birində bildirməyib ki, Məzahir ona Elçinin Rövşən Əkbərov tərəfindən vurulduğunu deyib. Lakin bu il mart ayında Orucəli ifadəsində bildirib ki, hadisə Rövşən Əkbərov tərəfindən törədilib". 

Vəkil Rövşən Əkbərov barəsində bəraət hökmü çıxarılmasını istəyib. 

Məhrumun anası Səmayə Əliyeva məhkəmə bitəndən sonra vəkilə etiraz edib, oğlunun qətlində Rövşən Əkbərovu ittiham edərək söyləyib:

"Buna silah verin, oğlumu öldürdüyü kimi, məni də öldürsün". 

General Əkbərovun isə Səmayə Əliyevaya cavabı belə olub:

"Elçini mən öldürməmişəm. Bu işi yaxşı araşdırın. Kiminsə sözü ilə məni günahlandırmayın". 

Xatırladaq ki, prokuror çıxışında cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini, buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə olaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və maddələri ilə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilməsini istəyib. 

Rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO