Bu mallar gömrük rüsumundan və vergidən qismən AZAD EDİLDİ

Hazırda oxunan: Bu mallar gömrük rüsumundan və vergidən qismən AZAD EDİLDİ

0:00
0:00
41486

Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarında dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Baş nazir qərar imzaladı – Köçürülən vəsait belə xərclənəcək


Bildirilib ki, qərarın qəbul edilməsi qızılın və gümüşün (ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları istisna olmaqla) xaricdə emal adı altında ölkədən çıxarılmasının qarşısının alınmasına, bununla da valyutanın ölkədən xaricə axınının qarşısının alınmasına, habelə ölkədə yeni iş yerlərinin açılmasına, iqtisadiyyatda əlavə dəyərin formalaşmasına, əhalinin rifah halının yaxşılaşmasına və Azərbaycan Respublikasının regionda zərgərlik məmulatlarının istehsalı və emalı sahəsində mövqelərinin gücləndirilməsinə səbəb olacaq.

Bu qaydalara uyğun xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO