Rusiyanın

Rusiyanın "Pançir-S" raketi Suriya yaraqlılarının PUA-sını vurdu – VƏZİYYƏT GƏRGİNLƏŞİR

Hazırda oxunan: Rusiyanın "Pançir-S" raketi Suriya yaraqlılarının PUA-sını vurdu – VƏZİYYƏT GƏRGİNLƏŞİR

39088

Rusiyanın Suriyadakı Xmeymim aviabazasının hava sahəsinə nəzarət sistemi yaraqlıların buraxdığı pilotsuz təyyarəni (PUA) aşkar ediblər.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, nəticədə PUA Rusiyanın “Pançir-S” zenit raket kompleksi tərəfindən vurulub.

Bu barədə informasiyanı Rusiyanın Suriyada Savaşan Tərəflərin Barışdırılması Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Vadim Kulit yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Suriyada kürd yaraqlıları 15 müəllimi qaçırdı


Kulit brifinqdə deyib: "Saat 12:30-da İdlibin deskalasiya zonasında qanunsuz silahlı qrupların nəzarət etdiyi ərazidən buraxılan PUA Rusiyanın Xmeymim hava bazasında hava sahəsinin nəzarəti vasitəsi ilə aşkar edildi".

Onun sözlərinə görə, hava hədəfi “Pançir-S” zenit-raket kompleksi  tərəfindən hava bazasından bir qədər uzaqda məhv edilib. 

"Hadisə nəticəsində ölən yoxdur", - Kulit vurğulayıb.

"Savaşan Tərəflərin Barışdırılması Mərkəzi qanunsuz silahlı qrupların komandirlərini silahlı təxribatlardan əl çəkməyə və nəzarət etdikləri bölgələrdə vəziyyətin sülh yolu ilə nizamlanması yolunu tutmağa çağırır", - mərkəzin rəis müavini əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO