İranlı alimin ölümünün detalları açıqlanıb

Hazırda oxunan: İranlı alimin ölümünün detalları açıqlanıb

3866

İranın nüvə alimi Möhsün Fəxrizadə uzaqdan idarə olunan silahla qətlə yetirilib.

Bizim.Media İran mediasına istinadən xəbər verir ki, hadisə alimin həyat yoldaşı ilə birlikdə Rostamkol şəhərindən Absard şəhəri istiqamətinə gedərkən yolda baş verib. M.Fəxrizadəni 3 təhlükəsizlik maşını müşayiət edib. Öndə gedən avtomobilə atəş açılarkən dayanmalı olub. Fəxrizadə avtomobilin mühərrikində problem olduğunu zənn edərək maşından düşüb.

Bu zaman, təxminən 150 metr məsafədə yerləşən “Nissan” markalı avtomobildən onlara tərəf atəş açılıb. Atəşin uzaqdan idarə olunan avtomat silahlardan açıldığı müəyyən edilib. Sonra “Nissan” partladılıb. Sui-qəsdin təşkilatçıları isə hadisə yerində olmayıb.

Məlumata görə, hadisə 3 dəqiqə davam edib və alim bir neçə güllə yarası alıb. Bir neçə güllə də onun mühafizəçisinə dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO