“Erməni millətinə yazığım gəlir” – ANAR 

Hazırda oxunan: “Erməni millətinə yazığım gəlir” – ANAR 

32341

“Azərbaycanlılarla ermənilər Moskvada, Gürcüstanda, Türkiyədə bir yerdə yaşayırlar. Bu avantürist daşnak erməni millətçiləri olmasa, sadə erməni azərbaycanlılarla niyə yaşamasın? Bunları yoldan çıxaranlar var”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar APA-ya müsahibəsi zamanı deyib.

“Amerikada, Fransada, Rusiyada firavan yaşayan erməni varlıların, öz xalqını qızışdırıb pis günə qoyanların nə veclərinə? Mən həmişə deyirəm ki, erməni ana öz uşağına deyirsə ki, “sən böyüyəndə türk öldürməlisən”, deməli, bu ana cani yetişdirir”, deyə o, qeyd edib.

Xalq yazıçısının fikrincə, sabah erməni təkcə türkü yox, öz millətini də öldürə bilər, necə ki, öldürür:

“O vaxt Sumqayıtda ermənilər erməniləri öldürmüşdü. Erməni millətinə yazığım gəlir. Onlar birdəfəlik başa düşməlidir ki, Azərbaycan vəTürkiyə ilə düşmən olmaq onlara heç nə qazandırmayacaq. Normal münasibətlər olsaydı, Qafqaz cənnətə çevrilə bilərdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO