Qubanın Paşaoba kəndində oğul istəmədən atasının ölümünə səbəb olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, kənd sakini, 45 yaşlı Habil Cəbrayılov idarə etdiyi "Ford"markalı yük avtomobilini arxaya verərkən bilmədən atası, 81 yaşlı Ruzman Cəbrayılovu vurub. R.Cəbrayılov aldığı ağır xəsarətdən xəstəxanada dünyasını dəyişib.
MÖVZU İLƏ BAĞLI:
7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdü - Bakıda
Hadisənin ailənin tərəvəz sahəsində ehtiyatsızlıqdan baş verdiyi deyilir. Quba rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media