Sürət rejiminə əməl etməyən "Opel" "BYD"-ni arxadan vurdu, baqajı yoxa çıxdı - VİDEO

Sürət rejiminə əməl etməyən "Opel" "BYD"-ni arxadan vurdu, baqajı yoxa çıxdı - VİDEO

Hazırda oxunan: Sürət rejiminə əməl etməyən "Opel" "BYD"-ni arxadan vurdu, baqajı yoxa çıxdı - VİDEO
273728
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin videosu anbaan nəzarət kamerasına qeyd olunub. 

Bizim.Media “Avtosfer.az”a istinadla xəbər verir ki, hadisə paytaxtın Mərdəkan qəsəbəsində baş verib.

Belə ki, "BYD" markalı avtomobilin sürücüsü svetoforun qadağanedici işığının yandığını görərək dayanmağa məcbur olub. Bu zaman arxadan gələn "Opel" markalı avtomobilin sürücüsü gəldiyi sürətlə onu arxadan vuraraq ağır qəzaya səbəb olub. 

Hadisə nəticəsində "BYD" markalı avtomobilin arxa hissəsi tanınmaz hala düşüb.

Sürücülərin yollarda qəzaya düşməsinin səbəblərindən biri də ara məsafəsini düzgün seçməmələridir. "Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.
 

Qeydə alınan bu qəzaya diqqətlə baxanda sürücünün kifayət qədər ara məsafəsini saxladığı aydın şəkildə görünür.


Lakin o, əyləci basmadan gəldiyi sürətlə qarşısında dayanmış avtomobilə çırpılır. Buradan belə nəticəyə gəlmək olur ki,sürücü böyük ehtimal sükan arxasında mobil telefondan istifadə edib. Sürücülərə tövsiyə edirik ki, sükan arxasında olarkən diqqətiniz yalnız yolda olsun. Əks halda baş verən qəzaların iştirakçılarından biri ola bilərsiniz.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO