"Mançester Yunayted"in baş məşqçi vəzifəsinə beş YENİ NAMİZƏD

"Mançester Yunayted"in baş məşqçi vəzifəsinə beş YENİ NAMİZƏD

Hazırda oxunan: "Mançester Yunayted"in baş məşqçi vəzifəsinə beş YENİ NAMİZƏD
270807
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mançester Yunayted” rəhbərliyi Ruben Amorimin nəticələri yaxşılaşdırmaması halında onu istefaya göndərməyi düşünür.

Bizim.Media xəbər verir ki, klub artıq 5 namizədi nəzərdən keçirir.
 

İngiltərə təmsilçisinin ehtimal olunan variantları arasında “Kristal Pelas”ın çalışdırıcısı Oliver Qlasner, İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt, “Fulhem”in baş məşqçisi Marku Silva, “Bornmut”u çalışdıran Andoni İraola və hazırda ABŞ yığmasına məşqçilik edən Maurisio Poçettino var.


Qeyd edək ki, daha öncə “Mançester Yunayted” rəhbərliyinin Amorima turnir cədvəlindəki vəziyyəti düzəltmək üçün 3 gün vaxt verdiyi bildirilirdi.

Komanda 4 turdan sonra 4 xal toplayaraq 14-cü pillədə qərarlaşıb. Mançesterlilər növbəti oyunlarda “Çelsi” (20 sentyabr), “Brentford” (27 sentyabr) və “Sanderlend” (4 oktyabr) ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO