Ukrayna ordusu Rusiyada 2 strateji obyektə zərbə endirdi - VİDEO

Ukrayna ordusu Rusiyada 2 strateji obyektə zərbə endirdi - VİDEO

Hazırda oxunan: Ukrayna ordusu Rusiyada 2 strateji obyektə zərbə endirdi - VİDEO
269156
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna ordusu sentyabrın 7-nə keçən gecə Rusiya ərazisində iki strateji obyektə zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb.
 

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistem Qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, Rusiya ərazisində, Bryansk vilayətində yerləşən "Drujba" neft kəmərinə dronlarla zərbə endirilib.


Zərbə Bryansk vilayətinin Naytopoviçi yaşayış məntəqəsindəki nasos stansiyasına yönəldilib. Brovdi qeyd edib ki, bu obyekt Belarusdan neft məhsullarının tədarükü üçün strateji əhəmiyyət daşıyır.

Bundan əlavə, Krasnodar diyarında yerləşən İlski neft emalı zavoduna da hücum təşkil olunub.

Bu zavod ildə 6,42 milyon ton neft emal edir və Rusiya ordusunun təchizatında rol oynayır. Hücum zamanı obyekt ərazisində partlayışlar və yanğınlar baş verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO