20 ay sonra ilk dəfə atası ilə görüşəcək

20 ay sonra ilk dəfə atası ilə görüşəcək

Hazırda oxunan: 20 ay sonra ilk dəfə atası ilə görüşəcək
267806
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kral III Karlın xərçəngdən əziyyət çəkən kiçik oğlu, şahzadə Harri 8 sentyabrda — kraliça II Yelizavetanın ölümünün üçüncü ildönümündə ABŞ-dan Böyük Britaniyaya gələcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mirror” nəşri yazıb.

Məlumata görə, kralın sentyabrın sonuna qədər xarici səfərləri planlaşdırılmayıb. O, sonuncu dəfə şahzadə Harri ilə 2024-cü ilin fevralında görüşüb.
 

“Aydındır ki, hər iki tərəf bu görüşü istəyir. Bu, ailə daxilindəki böyük problemlərin birdəfəlik həll edildiyi kimi göstərilmir, amma başlanğıc məhz Karl və Harridən olmalıdır”, – deyə amerikalı mənbə Daily Mirror-a bildirib.


İnsayderin sözlərinə görə, hər iki tərəfin barışmaq arzusu səmimidir və şahzadə Harrinin komandası Bukingem sarayı ilə möhkəm əlaqələr qurub.
 

“Söhbət genişmiqyaslı jestlərdən və ya əvvəlcədən planlaşdırılmış görüşdən getmir, bu, sadəcə ata və oğulun söhbətidir”, – deyə mənbə əlavə edib.


Bununla yanaşı, mənbənin iddiasına görə, şahzadə Uilyam kiçik qardaşı ilə barışmaq imkanlarını qəti şəkildə rədd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO