Bu il dərslər sentyabrın 20-i başlayacaq? - DƏYİŞİKLİK GÖZLƏNİLİR

Bu il dərslər sentyabrın 20-i başlayacaq? - DƏYİŞİKLİK GÖZLƏNİLİR

Hazırda oxunan: Bu il dərslər sentyabrın 20-i başlayacaq? - DƏYİŞİKLİK GÖZLƏNİLİR
267063
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il ölkəmizdə keçiriləcək Formula-1 Qrand Prisinin başlama tarixi yeni tədris ilinin “start” götürəcəyi tarixə təsadüf edir. Belə ki, məktəb və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə yollarda yaranan sıxlıq Formula-1-in “start” götürməsi ilə daha da çıxılmaz hal ala bilər.

Paytaxtda bununla bağlı hansı çətinliklər olacaq? Bu məsələnin həlli istiqamətində hansı addımlar atıla bilər?

Bizim.Media xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.

“Bu məsələnin necə tənzimlənəcəyi ilə bağlı məlumat yoxdur. Lakin bu dövrdə çox böyük çətinlik olacaq. Çünki Formula-1 yarışının başlama tarixinin, eyni zamanda məktəb və ali təhsil müəssisələrində dərslərin “start” götürəcəyi günlərin üst-üstə düşməsi hər halda böyük bir sıxlıq və çətinlik yaradacaq.

Mənim fikrimcə, bu böyük bir problem olarsa, dərslərin sentyabrın 20-də başlanması barəsində sərəncam da verilə bilər. Bu daha məntiqli olar. Çünki bu qədər qarmaqarışıq bir vəziyyətin yaranması həqiqətən də arzuolunan deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO